Biləsuvarda mağazalardan oğurluq edən şəxs tutulub

Biləsuvarda mağazalardan oğurluq edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
31 avqust 2015 08:14
Biləsuvarda mağazalardan oğurluq edən şəxs tutulub

Bakı. 31 avqust. REPORT.AZ/ Biləsuvarda mağazadan oğurluq edən şəxs tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Biləsuvar şəhərində şəhər sakinləri Əli Əliyevə və qardaşı Asifə məxsus mağazalardan 79 manat, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları və sərinləşdirici içki oğurlanıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Ağadadaş Kərimzadə tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 15-də Maşallah Heydərova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi