Biləsuvarda törədilən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB-3

Biləsuvarda törədilən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB-3 Biləsuvar rayonu, Xırmandalı kəndində dekabrın 8-də saat 03 radələrində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.
Hadisə
8 Dekabr , 2022 09:33
Biləsuvarda törədilən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB-3

Biləsuvar rayon sakini həmkəndlisinə başından atəş açaraq onu qətlə yetirib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə dekabrın 8-i saat 3 radələrində rayonun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. 

Daha sonra qısqanclıq zəmnində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib. 

Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb.

Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərirmiş. 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

08.30

Dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluqdan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

05:17

Biləsuvar rayonunun Xırmandalı kəndində 1982-ci il təvəllüdlü Mehtun Qarayevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

04:09

Biləsuvar rayonunun Xırmandalı kəndində dekabrın 8-də saat 03 radələrində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Son xəbərlər

Orphus sistemi