Biləsuvar rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Çinarlı kəndində, əkin sahələrinə gedən yolun kənarında qeydə alınan hadisə torpaq mübahisəsi üstündə baş verib.
Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu özü ilə hadisə yerinə gətirdiyi tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb.
Nəticədə Ə.Abdullayev başın alın-təpə nahiyəsinin kəllə boşluğuna keçən baş-beyin toxumasını və qişalarını zədələyən odlu (qırma yaralanması), həmçinin döş qəfəsinin və qarının sağ yarısının ön divarını və sol saidin odlu (qırma yaralanması) xəsarətlərini alaraq ölüb.
Daha sonra C.Həmidov "102" Çağrı mərkəzinə zəng edərək Ə.Abdullayev adlı şəxsi tüfəngdən atəş açaraq öldürməsi barədə məlumat verib.
İlkin məlumata görə, C.Həmidov Ə.Abdullayevi torpaq sahəsinə görə qətlə yetirib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə Həmidov Cavid İdris oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.
Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alan 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayev ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, o, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda kişi güllələnib, qohumu saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.
"Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır", - məlumatda qeyd edilib.