Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb olub

Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb olub Nəticədə heyvan tələf olub
Hadisə
19 Noyabr , 2017 16:38
Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb olub

Biləsuvar. 19 noyabr. REPORT.AZ/ Biləsuvarın Amankənd kəndi ərazisində yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəza sərnişin daşıyan "Qazel" markalı marşrut mikroavtobusun qəfil yola çıxan iribuynuzlu heyvanı vurması nəticəsində qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da, heyvan tələf olub və mikroavtobusa xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi