Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, ZAZ və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
