​Biləsuvarda iki minik avtomobili toqquşub

​Biləsuvarda iki minik avtomobili toqquşub İki nəfər xilas edilib
Hadisə
11 Aprel , 2015 06:54
​Biləsuvarda iki minik avtomobili toqquşub

Bakı. 11 aprel. REPORT.AZ/ Gecə saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndində "QAZ" və "NAZ-Lifan" markalı 2 minik avtomobili toqquşub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə, deformasiyaya uğramış "NAZ-Lifan" markalı minik avtomobilində olan 2 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.

Əməliyyat saat 00:10-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi