Biləsuvarda iki avtomobil toqquşub, əkiz qardaşlar yaralanıb

Biləsuvarda iki avtomobil toqquşub, əkiz qardaşlar yaralanıb Hadisə rayonun Cəlilabadla birləşdiyi hissədə baş verib
Hadisə
8 yanvar 2017 15:54
Biləsuvarda iki avtomobil toqquşub, əkiz qardaşlar yaralanıb

Biləsuvar. 8 yanvar. REPORT.AZ/ Biləsuvarda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəlilabadla birləşdiyi hissədə, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidə iki minik avtomobili toqquşub. “Mersedes” markalı avtomobildə olan Biləsuvarın Xırmandalı kənd sakinləri, əkiz qardaşlar - 27 yaşlı Elton və Elnur Siyasət oğlu Orucovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkmişlər Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi