Biləsuvarda Gürcüstan vətəndaşından 9 kiloqrama yaxın narkotik maddə aşkarlanıb

Biləsuvarda Gürcüstan vətəndaşından 9 kiloqrama yaxın narkotik maddə aşkarlanıb Biləsuvar. 12 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda Gürcüstan vətəndaşında 9 kiloqrama yaxın narkotik maddə aşkarlanıb.
Hadisə
12 İyun , 2018 16:18
Biləsuvarda Gürcüstan vətəndaşından 9 kiloqrama yaxın narkotik maddə aşkarlanıb
Report
0 : 00
0 : 00

Biləsuvar. 12 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda Gürcüstan vətəndaşında 9 kiloqrama yaxın narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. 

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb. 

Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla A.Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi