Biləsuvarda güclü külək fəsadlar törədib

Biləsuvarda güclü külək fəsadlar törədib Bəzi kəndlər işıqsız qalıb
Hadisə
11 Avqust , 2018 20:43
Biləsuvarda güclü külək fəsadlar törədib

Biləsuvar. 11 avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib.

"Report"un Muğan bürosunun məlumatına görə, elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.

Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra bu dəqiqələrdə həmin ərazilərə enerji verilişi bərpa olunub.

Hazırda rayonda küləkli hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi