Bakı. 26 iyun. REPORT.AZ/ Biləsuvar rayon sakini dərmandan zəhərlənib.
"Report"un Aran bürosunun xəbərinə görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Quluzadə Lamiyə Malik qızı qəbul etdiyi dərmandan zəhərlənib.
L.Quluzadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.