Biləsuvarda gənc qadın dərman içərək intihara cəhd edib

Biləsuvarda gənc qadın dərman içərək intihara cəhd edib Şəhər sakini qəbul etdiyi dərmandan zəhərlənib
Hadisə
15 Sentyabr , 2017 00:26
Biləsuvarda gənc qadın dərman içərək intihara cəhd edib
Courtesy İmage

Biləsuvar. 15 sentyabr. REPORT.AZ/ Biləsuvar şəhər sakini qəbul etdiyi dərmandan zəhərlənib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin M.Ə.Sabir küçəsində baş verib.

Həmin küçədə yaşayan 1985-ci il təvəllüdlü Orucova Xəyalə Mehman qızı qəbul etdiyi dərmandan zəhərlənib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və qadına ilkin tibbi yardım göstərilib.

Yaxınlarının dediyinə görə, 32 yaşlı qadın artıq dozada qəbul etdiyi dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi