Biləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb

Biləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
136
19 Sentyabr , 2017 20:49

Biləsuvar. 19 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Report”un Aran bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


*** 19:28

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi