Biləsuvarda evində qumarxana təşkil edən şəxs tutulub

Biləsuvarda evində qumarxana təşkil edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Yanvar , 2016 12:29
Biləsuvarda evində qumarxana təşkil edən şəxs tutulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Biləsuvarda evində qumarxana təşkil edən şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırmandalı kənd sakini Elnur Qasımovun evində qumarxana təşkil etməsi müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi