Biləsuvarda elektrik xətləri istismara yararsız, dirəklər çürük və aşmaq üzrədir

Biləsuvarda elektrik xətləri istismara yararsız, dirəklər çürük və aşmaq üzrədir "Biləsuvarda Çingiz İldırım küçəsində elektrik xətləri istismara yararsız, dirəklər isə çürük və hər an aşmaq üzrədir".
Hadisə
10 Mart , 2022 19:55
 Biləsuvarda elektrik xətləri istismara yararsız, dirəklər çürük və aşmaq üzrədir

"Biləsuvarda Çingiz İldırım küçəsində elektrik xətləri istismara yararsız, dirəklər isə çürük və hər an aşmaq üzrədir".

Bunu "Report"un Muğan həmin küçənin sakinləri bildiriblər.

Onların sözlərinə görə, küçələrindəki elektrik xətti təhlükə mənbəyidir:

"Küçəmizin elektrik xətti çoxdandır ki, istismara yararsızdır. Dirəklərin çürüməsi, məftillərin çox yerdən zədəli olması, ümumiyyətlə aşınması tez-tez təhlükəli vəziyyət yaradır. Evimizin qarşısından keçən xəttin ara-sıra qırılma halının baş verməsi övladlarımız, azyaşlı uşaqlarımızın həyatı üçün təhlükədir".

Problem ilə bağlı olaraq, Biləsuvar Elektrik Şəbəkəsində "Report"un yerli bürosuna bildirilib ki, həmin küçədə elektrik infrastrukturunun 70 faizi yenilənib: "Qalan 30 faiz işlərdə yaxın günlərdə yekunlaşacaq".

Son xəbərlər

Orphus sistemi