Biləsuvarda ədəbiyyat müəllimi özünü asıb

Biləsuvarda ədəbiyyat müəllimi özünü asıb Qadın intihardan əvvəl məktub yazıb
Hadisə
2 Aprel , 2017 14:56
Biləsuvarda ədəbiyyat müəllimi özünü asıb

Bakı. 2 aprel. REPORT.AZ/ Biləsuvar rayonunun Bəydilli kəndində intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, 31 yaşlı kənd sakini Esmira Həsənova bu gün gecə saatlarında özünü yaşadığı evdə asıb.

O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib.

E.Həsənova yeni ailə qurubmuş və Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirmiş.

Son xəbərlər

Orphus sistemi