Biləsuvarda dava zamanı iki nəfər xəsarət alıb

Biləsuvarda dava zamanı iki nəfər xəsarət alıb Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
11 Avqust , 2017 17:34
Biləsuvarda dava zamanı iki nəfər xəsarət alıb

Biləsuvar. 11 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov İlham Təzəxan oğlu tanımadığı şəxslə dava edərək müxtəlif xəsarətlər alıb. Bu zaman onları ayırmağa çalışan kənd sakini, 1980-ci il təvəllüdlü Talıbov Asif İbrahim oğlu da xəsarətlər alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mübahisənin səbəbləri hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi