Yuxarı
    Bağlamaq

    Biləsuvarda çobanın bacı və qardaş tərəfindən qətlə yetirildiyi məlum olub

    Araşdırmalar davam etdirilir

    Biləsuvar. 31 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda baş verən qətlin bir deyil, iki nəfər tərəfindən törədildiyi məlum olub.

    “Report”un Aran bürosunun xəbərinə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Nabil Rəhmanovu bıçaqla qətlə yetirdiyinə görə dekabrın 26-da tutulmuş Dilarə Orucəliyevanın hadisəni qardaşı Hadi ilə birgə törətməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hadi Orucəliyev tutulub.

    Araşdırmalar davam etdirilir.

    Xatırladaq ki, Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən ayrılıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin cansız bədəni qonşuluqdakı çobanın həyətində aşkar olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi