Biləsuvarda çoban qətlə yetirilib - FOTO

Biləsuvarda çoban qətlə yetirilib - FOTO 28 yaşlı Nabil Rəhmanov Muğan adlanan ərazidə bıçaqlanıb
Hadisə
302
27 Dekabr , 2016 07:58
Biləsuvarda çoban qətlə yetirilib - FOTO

Biləsuvar. 27 dekabr. REPORT.AZ / Biləsuvar rayonunda çoban həmkarının övladları tərəfindən qətlə yetirilib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğan adlanan ərazisində baş verib.

Əslən Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən ayrılıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin cansız bədəni qonşuluqdakı çobanın həyətində aşkar olunub. 

Mərhumun atasının sözlərinə görə, Nabil həmkəndliləri Fəqan, Xosrov, Sarvan Orucəliyevlər və onların bacısı Dilarə Orucəliyeva tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hazırda Fəqan Orucəliyev və Dilarə Orucəliya polis tərəfindən saxlanılıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

Son xəbərlər

Orphus sistemi