Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsarət yetirib

Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsarət yetirib Qadın üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
23 İyul , 2017 14:05
Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsarət yetirib

Biləsuvar. 23 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.

Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi