Biləsuvarda bir ailənin üç üzvü yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Biləsuvarda bir ailənin üç üzvü yol qəzasında xəsarət alıb - YENİLƏNİB Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan bir ailənin üzvünün adı məlum olub.
Hadisə
31 mart 2019 16:38
Biləsuvarda bir ailənin üç üzvü yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan bir ailənin üzvünün adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Bakı sakinləri - 2014-cü il təvəllüdlü Musayev Uğur İlyas oğlu, 2001-ci il təvəllüdlü Musayeva Tağmur İlyas qızı və 1968-ci il təvəllüdlü Ağayeva Sevda Bəxtiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 19:21

Biləsuvarda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin digər avtomobilə çırpılması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Daha əvvəl də Biləsuvarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi