Biləsuvarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb

Biləsuvarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb Biləsuvar. 22 iyul. REPORT/AZ. Biləsuvar rayonunda yol qəzası baş verib.
Hadisə
22 İyul , 2018 23:07
Biləsuvarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb

Biləsuvar. 22 iyul. REPORT/AZ. Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Qəza nəticəsində yaralıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi