Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var

Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 Mart , 2022 21:01
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon keçən hissəsindəki dairədə qeydə alınıb.

Belə ki, hadisə zamanı BMW markalı minik avtomobili ilə "VAZ-2109" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ-2109" markalı avtomobilin sürücüsü, rayonun Ağayrı kənd sakini Fəqan Həsənov ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Qəza zamanı habelə digər avtomobilin sürücüsü də yüngül xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi