Biləsuvarda avtomobildən silah tapılıb

Biləsuvarda avtomobildən silah tapılıb Biləsuvar rayon sakininin avtomobilində silah aşkarlanıb.
Hadisə
2 Aprel , 2019 19:20
Biləsuvarda avtomobildən silah tapılıb

Biləsuvar rayon sakininin avtomobilində silah aşkarlanıb.

Bu barədə "Report"un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Belə ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "Obrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi