Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı Avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb
Hadisə
6 Mart , 2021 20:24
Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddə aşkarlanıb.

Bu barədə “Report”un Muğan bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A.Nəsirov və A.Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi