Biləsuvarda avtomobildən heroin və psixatrop maddə aşkarlanıb

Biləsuvarda avtomobildən heroin və psixatrop maddə aşkarlanıb Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər
Hadisə
1482
6 Avqust , 2020 11:42
Biləsuvarda avtomobildən heroin və psixatrop maddə aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Orphus sistemi