Biləsuvarda avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb

Biləsuvarda avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
13 Dekabr , 2018 10:56
Biləsuvarda avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi