Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvarda avtomobil piyadanı vurub Əziz Adıyevin vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
2212
6 Avqust , 2017 20:46
Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvar. 6 avqust. REPORT.AZ/ Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhərin Nizami küçəsində yaşayan 1938-ci il təvəllüdlü Adıyev Əziz Əsgər oğlu yolu keçmək istəyən zaman sürücüsü hələlik müəyyən edilməmiş avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, onu vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi