Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb Biləsuvar. 13 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Avqust , 2018 11:31
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar. 13 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi