Biləsuvarda ağır yol qəzası olub, ölən var

Biləsuvarda ağır yol qəzası olub, ölən var Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə
14 Yanvar , 2021 18:28
Biləsuvarda ağır yol qəzası olub, ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Musa İnşallah oğlu kəndin ərazisində velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək traktorun qoşqusuna çarpılıb. Nəticədə ağır yaralanan M.Abdullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi