Biləsuvarda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB Biləsuvar rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
5 Mart , 2020 12:39
Biləsuvarda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB
google.az

Biləsuvar rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar rayon sakini, 1975-ci il təvəllüdlü Mehman Rafiq oğlu Nəsibovun idarə etdiyi “VAZ-21014” markalı avtomobildə olan sərnişin Elnur Camal oğlu Xammədli hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar. 

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


*** 10:48

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası olub.

"Report"un Muğan bürosu xəbər verir ki, rayonun hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “VAZ-21014” və “VAZ-2106” markalı avtomobilləin toqquşması nəticəsində ölən və yaralananlar var. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləriu cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi