Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkar olunub

Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkar olunub Bakı. 22 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunun Mahmudçala ovçuluq təsərrüfatının ərazisində 77 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub.
Hadisə
22 Sentyabr , 2018 22:25
Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkar olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 77 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub.

“Report” xəbər verir ki, ANAMA-ya hərbi sursatların tapılması barədə məlumatlar daxil olduqdan sonra, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 22 sentyabr tarixində də baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 77 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 900 kv.m əraziyə yerüstü baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi