Yuxarı

Biləsuvarda 48 yaşlı kişi su kanalında boğularaq ölüb

Faktla bağlı araşdırma aparılır

Biləsuvar. 19 yanvar. REPORT.AZ / Biləsuvar rayonunda 48 yaşlı kişi su kanalında boğularaq ölüb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonu, Mirbəşir Qasımov küçəsində yaşayan Saleh Əlihüseyn oğlu Nəsirov Çaylı kəndində fermanın yaxınlığındakı su kollektorunda boğulub. Mərhumun meyiti sudan çıxarılaraq morqa təhvil verilib. 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi