Biləsuvarda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb - FOTO

Biləsuvarda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
25 İyul , 2017 13:19
Biləsuvarda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb - FOTO
Report.az

Biləsuvar. 25 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda 46 yaşlı qadın oğlu tərəfindən döyülüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Belə ki, rayonun "Aerodrom" adlanan ərazisində yaşayan, 1971-ci il təvəllüdlü Şirin Abbas qızı Şahbazova bədənin müxtəlif nayihələrindən aldığı xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstaxanadan "Report"un yerli bürosuna bildirilib ki, qadının bədəninin bütün nayihələrində xəsarət izləri var: "Şirin Şahbazova ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər təfəindən ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Qadının sağ əli və ayağı bir neçə yerdən sınıb".

Məlum olub ki, hadisəni qadının oğlu, 25 yaşlı Məhəbbət Mehman oğlu Şahbazov törədib. Qohumlarının bildirdiyinə görə, M.Şahbazov nevroloji xəstəlikdən əziyyət çəkir. M.Şahbazov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi