Biləsuvar. 7 aprel. REPORT.AZ/ Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində Mahir Abbasova məxsus birmərtəbəli 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.