Yuxarı

​Biləsuvarda 24 yaşlı qız intihara cəhd göstərib

O, sirkə turşusu içərək özünü öldürmək istəyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda intihara cəhd hadisəsi baş verib. Hadisə Biləsuvar şəhəri Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Ramilə Hüsü qızı Rüstəmova sirkə turşusu içərək özünü öldürməyə cəhd göstərib. Yaxınları hadisədən xəbər tutan kimi Ramilə Rüstəmovanı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi