Biləsuvardakı bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub

Biləsuvardakı bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
2 İyun , 2022 20:11
Biləsuvardakı bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub

Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə P.Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif oğlu isə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.

Orda çalışan digər fəhlə, 1989-cu il Səfərov Nurəddin Ağadi oğlu da zəhərlənib. Onun vəziyyəti normallaşıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

18:26

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi