Biləsuvarda 14 yaşlı piyadanı avtomobil vurub

Biləsuvarda 14 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
14 İyun , 2017 19:30
Biləsuvarda 14 yaşlı piyadanı avtomobil vurub
Courtesy İmage

Biləsuvar. 14 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Səmədabad kəndi ərazisində baş verib. 

Belə ki, öz avtomobillərindən düşərək yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədlini "Ford" markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi