Biləsuvar. 21 iyul. REPORT.AZ/ Biləsuvar şəhərində zəhərlənmə hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mərkəzi Park ərazisində qeydə alınıb. Belə ki, bu gün günorta saatlarında Bakı şəhər sakini 1960-ci il təvəlüdllü Əhmədov Əmirulla Veysəl oğlu Təcili Tibbi Yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəhərlənmə diaqnozu qoyulub.
Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınlarının dediyinə görə, o, yediyi sosiskadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.