Biləsuvar sakinləri kollektorun təmizlənilməməsindən narazıdır

Biləsuvar sakinləri kollektorun təmizlənilməməsindən narazıdır Biləsuvar şəhərinin cənub istiqamətində yerləşən şor kollektorunun təmizlənilməməsi sakinlərin narazılığına səbəb olub. Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.
Hadisə
12 iyul 2022 14:13
Biləsuvar sakinləri kollektorun təmizlənilməməsindən narazıdır

Biləsuvar şəhərinin cənub istiqamətində yerləşən şor kollektorunun təmizlənilməməsi sakinlərin narazılığına səbəb olub.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, Biləsuvar şəhərindən keçən şor kollektorunun qazılması sonuncu dəfə 2007-ci ildə olub: "Kollektorun təmizlənməsi ilə bağlı təkrar müraciətlərimiz, həmçinin bir müddət əvvəl kollektorda baş verən yanğının oraya bitişik ərazidə olan qəbiristanlığa keçməsi əlaqədar qurumları hərəkətə gətirdi. Qəbiristanlıq ətrafı qismən qazıldı. Ötən ilin sonlarında Biləsuvar şəhərinin cənub istiqamətində olan şor kollektorunun əsaslı təmizlənilməsinə başlanıldı. Ancaq iş sonacan tamamlanmadı. Əgər işlər tam aparılmasa, yenidən yanğınlar baş verə bilər".

Məsələ ilə bağlı İmişli Kollektorlar İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəliyindən bildirilib ki, işlərin görülməsi layihə üzrə həyata keçirilir: "Keçirilən tenderin nəticələrinə müvafiq olaraq, yaxın vaxtlarda kollektorun təmizlənilməsi davam etdirilərək, iş tamamlanacaq".

Son xəbərlər

Orphus sistemi