Yuxarı

Biləsuvar sakini qidadan zəhərlənib

Aygün Paşayeva xəstəxanaya yerləşdirilib

Biləsuvar. 13 sentyabr. REPORT.AZ/ Biləsuvar şəhər sakini qidadan zəhərlənib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

Həmin küçə sakini, 1988-ci il təvəllüdlü Paşayeva Aygün Əlipənah qızı qəbul etdiyi qidadan zəhərlənib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və qadına tibbi yardım göstərilib.

Yaxınlarının dediyinə görə, 29 yaşlı qadın ev şəraitində hazırlanmış badımcan turşusundan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi