Biləsuvar sakini oraqla özünə xəsarət yetirib

Biləsuvar sakini oraqla özünə xəsarət yetirib Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Avqust , 2017 18:51
Biləsuvar sakini oraqla özünə xəsarət yetirib

Biləsuvar. 2 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda 54 yaşlı kişi oraqla özünə xəsarət yetirib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1963-cü il təvəllüdlü Füzuli Fazil oğlu Nəcəfov həyətyanı sahəsin oraqla işləyərkən ehtiyatsızlıqdan əlinə və ayaqlarına xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi