Biləsuvar sakini damarlarını kəsərək intihara cəhd edib

Biləsuvar sakini damarlarını kəsərək intihara cəhd edib Onun özünə hansı səbəbdən xəsarət yetirməsi hələlik məlum deyil
Hadisə
3 Fevral , 2018 22:32
Biləsuvar sakini damarlarını kəsərək intihara cəhd edib

Biləsuvar. 3 fevral. REPORT.AZ/ Biləsuvar rayon sakini intihara cəhd edib.

"Report"un Aran bürosu xəbər verir ki, 1975-ci il təvəllüdlü Xırmandalı kənd sakini Həsənov Zaur Əli oğlu damarlarını kəsib.

Yaralı dərhal "təcili tibbi yardım" maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, ona ilkin tibbi yardım göstərilib. Z.Həsənovun özünə hansı səbəbdən xəsarət yetirməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi