Biləsuvar. 24 mart. REPORT.AZ/ Biləsuvar rayon sakini bıçaqlanıb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında qeydə alınıb.
1987-ci il təvəllüdlü Əliyev Fail Höccət oğlu bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunaraq, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.