Biləsuvarda güllələnmə hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elməddin Adil oğlu Sumqayıt şəhərindən onlara gələn bibisi oğlu Məmmədov Ceyhun Məmmədağa oğlunu ov tüfəngi ilə ayağından vuraraq yaralayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 13:48
Biləsuvar rayonunda silahlı insident olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Bəylər kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin ərazisində baş verən insident zamanı 1 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqabnalrının əməkdşaları cəlb olunub.
Ölən şəxslərin adları və hadisənin başvermə səbəbləri dəqiqləşdirlir.