Biləsuvar qaçqın şəhərciyində yol qəzası baş verib: yaralananlar var

Biləsuvar qaçqın şəhərciyində yol qəzası baş verib: yaralananlar var Yük maşını sərnişin avtobusu ilə toqquşub
Hadisə
16 İyul , 2017 20:43
Biləsuvar qaçqın şəhərciyində yol qəzası baş verib: yaralananlar var

Biləsuvar. 15 iyul. REPORT.AZ/ Biləsuvarda baş vermiş zəncirvari qəzada yaralanalar var.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Biləsuvar ərazisində qaçqın şəhərciyi ərazisində qeydə alınıb.

Yük maşını sərnişin avtobusu ilə toqquşub, sonra minik avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişlinin Aranlı kənd xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi