Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib Biləsuvar. 2 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.
Hadisə
2 Yanvar , 2019 09:19
Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib

Biləsuvar. 2 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış 7-ci qəsəbədəki 40 nömrəli evdə qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Qara qızına məxsus yarımtikilidə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı tüstüdən zəhərlənən ev sahibi Y.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi