Biləsuvar polisi avtomobil oğrularını yaxalayıb - FOTO

Biləsuvar polisi avtomobil oğrularını yaxalayıb - FOTO Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq 5 avtomobil oğurlayıblar
Hadisə
12 Mart , 2017 23:22
Biləsuvar polisi avtomobil oğrularını yaxalayıb - FOTO

Biləsuvar. 12 mart. REPORT.AZ/ Biləsuvar rayon polisi avtomobil oğurluğu ilə məşğul olan Cəlilabad sakinlərini yaxalayıb.

“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad rayon sakinləri - Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından 5 avtomobil oğurlayıb.

Tahir Abdinov avtomobil ustası olduğu üçün oğurlanmış maşınlar bir müddət onun təmir sexində saxlanılıb. Məlum olub ki, oğurlanmış avtomobillərdən ikisi müxtəlif vaxtlarda ehtiyat hissələrinə bölünərək, biri isə işlək halda müxtəlif şəxslərə satılıb. Ən qəribəsi isə odur ki, Tahir Abdinovla Natiq Muradov diqqəti yayındırmaq və ələ keçməmək üçün oğurladıqları avtomobillərin nömrələrindəki hərfləri sonradan xüsusi lentlərlə dəyişişiblər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi