​Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm hadisəsi baş verib

​Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm hadisəsi baş verib Elşən Qasımov ürək tutmasından dünyasını dəyişib
Hadisə
4 Mart , 2016 20:18
​Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm hadisəsi baş verib

Bakı. 4 mart. REPORT.AZ/ Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonunun Abazovka kənd sakini sərhəd-keçid məntəqəsindən keçərkən dünyasını dəyişib. Hadisə yerinə təcili yardım maşını göndərilib.

Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.  Artıq ölənin şəxsiyyəti də müəyyənləşib. Bu, Abazovka kəndinin sakini Elşən Məmmədhəsən oğlu Qasımovdur. 

Ölümün dəqiq səbəbləri hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi