Biləcəridə avtobus iki minik maşını ilə toqquşub, 2 nəfər yaralanıb

Biləcəridə avtobus iki minik maşını ilə toqquşub, 2 nəfər yaralanıb Yaralılardan biri 3 yaşlı uşaqdır
Hadisə
5 iyun 2017 03:38
Biləcəridə avtobus iki minik maşını ilə toqquşub, 2 nəfər yaralanıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Biləcəri qəsəbəsində zəncirvari yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Avtovağzal yaxınlığında Bakı-Ağsu marşrutu üzrə işləyən "Ford" markalı sərnişin avtobusu ilə iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən ikisi - 1967-ci il təvəllüdlü Nəsirova Əzizə Nurəddin qızı və 2014-cü il təvəllüdlü Atakişiyev Səttar Dəyanət oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi