Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində mübahisə zəminində boynundan və döş qəfəsindən bıçaqlanan 1985-ci il təvəllüdlü Ağacanov Elgün Ağacan oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.